Xidmətlər
Əmlakınızın idarə olunması üçün etibarlı həllər
Əsas Xidmət İstiqamətlərimiz
Hər əmlak sahibinin ehtiyacı eyni deyil. Bəzən yalnız kirayəçi tapmaq üçün dəstək lazım olur, bəzən isə bütün idarəetməni etibar etmək istəyirsiniz. Mulkman-da ehtiyacınıza uyğun xidmətlərdən yararlana bilərsiniz.
Əmlakın kirayəyə hazırlanmasını təşkil edir, foto və video çəkilişlərini planlaşdırır, elanların hazırlanmasına və potensial kirayəçilərə çatdırılmasına kömək edirik.
Müraciətləri nəzərdən keçirir, əmlaka baxışları təşkil edir və uyğun kirayəçinin seçilməsi prosesində dəstək göstəririk. Müqavilənin hazırlanması və əmlakın kirayəçiyə təhvil verilməsi prosesini də təşkil edirik.
Kirayə ödənişləri, kirayəçi ilə ünsiyyət, texniki problemlər və təmir ehtiyacları kimi gündəlik məsələlərin koordinasiyasını üzərimizə götürürük.
Niyə Mulkman?
01
Vaxtınıza qənaət
Əmlakla bağlı gündəlik işlərin təşkilini bizə həvalə edin, siz öz işlərinizə və planlarınıza daha çox vaxt ayırın.
02
Aydın məlumatlandırma
Əmlakınızla bağlı vacib məsələlər barədə məlumat alırsınız. Qərar tələb edən hallarda sizinlə əlaqə saxlayır və razılaşdırılmış qaydada hərəkət edirik.
03
Ehtiyacınıza uyğun xidmət
İstər kirayəçi tapmaq, istərsə də tam idarəetmə üçün müraciət edin, əməkdaşlığın həcmini ehtiyaclarınıza uyğun müəyyənləşdiririk.
04
Gündəlik məsələlərin koordinasiyası
Kirayəçi ilə ünsiyyətdən texniki xidmət ehtiyaclarına qədər müxtəlif məsələlərin vaxtında həllini təşkil edirik.
İcarəyə təqdim etdiyimiz əmlaklar
Mulkman tərəfindən idarə olunan mənzil, ev, ofis və kommersiya obyektləri ilə tanış olun.


